Madam Biju - Azərbaycan Respublikası
daxilində verilən sifarişləri çatdırır.
Sifarişlərinizin vaxtında çatdırılması üçün
ünvanınızı və əlaqə məlumatlarınızı tam şəkildə qeyd edin.
Siz sifarişinizin təslimatı zamanı qapıda
sifarişinizin düzgünlüyünü yoxlamalı və bunu təsdiqləyən sənəd
imzalamalısınız. Yalnız qapıda təslimat zamanı sifarişinizin düzgünlüyü ilə
bağlı hər hansı bir problem yaranarsa iadə tələbi mümkündür, əks halda
Azərbaycan Respublikasının qanunvericiliyinin 1998-ci il 24 may 114 nömrəli
qərarına əsasən aşağıdakı məhsulları geri qaytarmaq və ya
dəyişdirmək qadağandır.
1. Qızıl və qızıl məmulatları.
2. Qiymətli və yarımqiymətli
metallardan, daşlardan hazırlanmış məmulatlar.
3. İstehsal qüsurları istisna olmaqla bütün növ
parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
4. Parfümer-kosmetika malları.
5. Kişi, qadın və uşaq çimərlik paltarları.
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt
paltarları.
7. Məişət-kimyası malları.
8. Şəxsi gigiyena əşyaları (diş
fırçaları, daraqlar, biqudilər və s.).
9. Uşaq oyuncaqları.
10. İstehsal qüsurları istisna olmaqla istifadədə
olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt
paltarları.
11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış
(yararlılıq müddəti ərzində) ərzaq malları.
Əlaqə